Prezident seçkisi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisində də davam edir.

"Unikal" xəbər verir ki, Sabunçu rayon 29 saylı seçki dairəsinin 41 saylı seçki məntəqəsində xanım məhkumlar səs verirlər.

41 saylı seçki məntəqəsinin sədri Eldar Mahmudov bildirib ki, burada 532  məhkum səs verəcək. Səsvermə prosesi başlayandan indiyədək 170 məhkum səs verib.

Anar Kəlbiyev