"İlk dəfədir cəzaçəkmə müəssisəsində səs verirəm".
"Unikal" xəbər verir ki, bunu Sabunçu rayon 29 saylı seçki dairəsinin 41 saylı seçki məntəqəsində səs verən məhkum Əfsanə Cəfərova deyib.
O bildirib ki, üç aydır cəzaçəkmə müəssisəsindədir:
"İki il 11 ay həbs cəzası almışam, uşaqlarıma anam baxır. İlk dəfədir cəzaçəkmə müəssisəsində səs verirəm. İnandığım namizədə səs verdim. Azərbaycan üçün bu gün hər kəs səs vermə hüququndan istifadə etməlidir".
Anar Kəlbiyev