Prezident seçkisi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində də davam edir.
"Unikal" xəbər verir ki, Xəzər rayon 13 saylı ikinci seçki dairəsinin 41 saylı seçki məntəqəsində səs verirlər.
41 saylı seçki məntəqəsinin sədri Elşad Kazımov bildirib ki, indiyədək 714 məhkum səs verib.
Həmçinin, Prezident seçkisi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisində də davam edir.
39 saylı seçki məntəqəsinin sədri Ağaxan Qasımov bildirib ki, burada 1487 məhkum səs verəcək.
Onun sözlərinə görə, səsvermə prosesi başlayandan indiyədək 950-dən çox məhkum səs verib.
Anar Kəlbiyev