Naxçıvan Muxtar Respublikasında qeydə alınan ən yaşlı seçici 1920-ci il təvəllüdlü Hüseynəliyeva Şərəf Muxtar qızıdır. O, 2 saylı Şərur-Kəngərli seçki dairəsinin 41 saylı Qıvraq seçki məntəqəsi üzrə qeydiyyata alınıb.

"Unikal" xəbər ki, Şərəf nənə səhhətində olan problemə görə məntəqəyə gedə bilmədiyini, seçkidə səs verə bilmək üçün evə daşınan seçki qutusunun gətirilməsi ilə bağlı müraciət etdiyini deyib.

Şərəf nənə yaradılan şəraitə görə təşəkkürünü bildirib və öz konstitusion hüququndan istifadə edərək səs verib.