Növbədənkənar prezident seçkilərindən sonra Dənizkənarı Milli Parkda Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsi münasibətilə yürüş keçirilir.

"Unikal" xəbər verir ki, yürüşdə minlərlə vətəndaş iştirak edir.

Tədbirə qazilər, müharibə veteranları, şəhid ailələrinin üzvləri, Azərbaycanın Xalq və Əməkdar artistləri qatılıblar.

Heydər Əliyev prospektindən başlayan yürüş Dənizkənarı Milli Park istiqamətində davam edir.

*** 19:49

Xəbər verdiyimiz kimi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı ilə birgə keçirdiyi “exit-poll”un ilkin nəticələrini açıqlayıb.

"Unikal"ın məlumatına görə, ilkin nəticələrə əsasən Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev - 93.9 faizlə liderdir.

Paytaxt sakinləri qələbə xəbərini coşğu ilə qarşılayıb.