Bu gün Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərinin ilkin "exit-poll" nəticələri açıqlanıb.
"Unikal" xəbər verir ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı ilə birgə keçirdiyi “exit-poll”un ilkin nəticələrinə əsasən Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev - 0.9 faiz; Sosioloji Tədqiqatlar Mərkəzinin "exit-poll" nəticələrinə əsasən 0,3 faiz; "Rəy" Monitorinq Mərkəzinin nəticələrinə əsasən isə 1.16 faiz səs toplayıb.