Fevralın 8-də Bakı Olimpiya Stadionunun qarşısındakı tuneldə sərnişin avtobusu ağır qəza törədib.

"Unikal" trend-ə istinadən xəbər verir ki, Sabunçu rayonu ərazisində 173 saylı marşrut xətti üzrə xidmət göstərən “Daewoo” markalı avtobus yük avtomobili ilə toqquşub.

Nəticədə avtobus tamamilə yararsız hala düşüb. Hadisə zamanı avtobusda olan sərnişinlərdən bir neçəsi yüngül xəsarətlər alıb.