Rusiya prezidenti Vladimir Putindən müsahibə alan amerikalı jurnalist Taker Karlson açıqlama yayıb. 

"Unikal" xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı videoda Putini yüksək dəyərləndirib. 

Karlson bildirib ki, Rusiya prezidenti Vladimir Putin onunla müsahibə zamanı fikrini səmimiyyətlə bölüşüb. Jurnalist Rusiya liderini çox ağıllı həmsöhbət adlandırıb. Karlsonun sözlərinə görə, o, müsahibəyə təxminən beş saat vaxt sərf edib. 

Karlson Putinin Ukrayna böhranının sülh yolu ilə həllinə hazır olmasını bildirib və vurğulayıb ki, Rusiya lideri həqiqətən də vəziyyətin sülh yolu ilə həll oluna biləcəyinə inanır.

Gülayə Mecid