Lerik rayonundan təxminən 50 km uzaqlıqda yerləşən Qələbin kəndinin çətin keçilən relyef şəraitinə baxmayaraq "Açıq mikrofon" aksiyası elan edilən zamanda və məkanda sakinlərin ixtiyarına verilib.

"Unikal" xəbər verir ki, 30-dan çox sakin önündə çıxış edən Lənkəran RQİİ-nin rəisi ötən il ərzində Lerik rayonunda 6 aksiyanın keçirildiyini və 40 müraciətin ünvanlandığını bildirdi. Namiq Məmmədov "Səyyar qəbul otağı"nın müsbət nəticəsi kimi artıq Almu kəndinin qazlaşdırılması istiqamətində mal-materialların gətiriləciyini qeyd edib. Elə bu minvalla mikrofon Qələbin kənd sakinlərinin ixtiyarına verilib. 60-ya yaxın evin sakininin SOCAR-ın "Azəriqaz" İB-yə ünvanladığı müraciət kəndin mavi yanacaqla təmin edilməsi olub. Səslənən müraciətlər Lənkəran RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb.