Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında Xətai rayonunda valideynlərini və azyaşlı qardaşını öldürən 1999-cu il təvəllüdlü Əhməd Əhmədov Suraxanı rayonunda bacısını və onun azyaşlı övladını da qətlə yetirib.
"Unikal" xəbər verir ki, qətlə yetirilən 1997-ci il təvəllüdlü Elmira Əhmədovanın həyat yoldaşı Rusiyada yaşayır. Elmiranın 5 yaşlı qızı Ülviyyə də Əhməd tərəfindən amansızcasına qətlə yetirilib.