Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 4-cü kurs tələbəsi Gültən Məhərrəmli 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarda 93 bal toplayaraq respublika birincisi olub. 

Bu barədə  "Unikal"a Universitetdən məlumat verilib.

Qeyd edək ki, tələbəmiz Gültən Məhərrəmli 2020/2021-ci tədris ilində yüksək nəticə ilə - 558 balla ADNSU-nun İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin İnformasiya texnologiyaları ixtisasına qəbul olub. Ali təhsilin bakalavr pilləsini də yüksək nəticələrlə oxuyub və ortalama 85 balla (zərbəçi) başa vurub. 

Gültən Məhərrəmli magistr təhsil pilləsini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında oxuyacağını düşünür. Tələbəmizi təbrik edir, ona yeni təhsil pilləsində uğurlar arzu edirik.

***11:51

Ötən gün Dövlət İmtahan Mərkəzi magistratura imtahanının nəticələri elan edib.

"Unikal" xəbər verir ki, Azərbaycan Neft və Sənaye Universitetinin (ADNSU) İnformasiya texnologiyaları ixtisasının 4-cü kurs tələbəsi Gültən Məhərrəmli 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarda 93 bal toplayaraq respublika birincisi olub.

Naxçıvan Muxtar Respublikasının Babək rayonun Qaraqala kəndindən olan G.Məhərrəmli Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət informasiya sistemlərinin təhlükəsizliyi ixtisaslaşması üzrə təhsilini davam etdirmək  arzusundadır.