Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinovun cəzası azaldılıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən iclasda N.Şirinovun cəzası 4 il 6 aya endirilib.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Şirinov 8 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 6 ilə endirmişdi.
Qeyd edək ki, Nizami Şirinov E.Abdullayev, E.Tahirov və N.Nəzirovla mütəşəkkil dəstə tərkibində ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməkdə, külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə alıb, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırılmasında ittiham olunur.
Azər İsrafilov