Külli miqdarda narkotik vasitələrin saxlanılmasinda təqsirli bilinən 3 nəfər- Əliyev Emil Cavanşir oğlu, Rəşidli Tamara Nüsrət qızı və Qarinseva Leyla Ruslan qızının məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
"Unikal"ın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi dövlət ittihamçısı Cövdət Mehrəliyevin ittiham aktını elan edilməsi ilə başlayıb. Sonra hakim təqsirləndirilən şəxslərin özlərini təqsirli bilib-bilməmələrini soruşdu.
Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi kimi özünü təqsirli bildi. Rəşidli Tamara özünü qismən təqsirli bildi. Qarinseva Leyla isə özünü tamamilə təqsirli bilmədi.
Məhkəmə iclasında polis əməkdaşı Ənsari Mehriban Oqtay qızı ifadə verib:
"Yasamal Polis İdarəsinin təhqiqatçı Orxan Əliyevin dəvəti ilə 05.01.2023-cü ildə gəldim polis idarəsinə və Qarinseva Leylanın üzərinə baxış keçirdim. Heç bir narkotik maddə aşkarlanmadı. Ancaq Leyla Qarinseva polis idarəsində olan çəkiliş zamanı deyib ki, narkotik vasitəni Emil Əliyevin sifarişi Toma adlı şəxsdən götürmüşəm. Əliyev Emili əvvəldən tanımamışam, onun üzərində hər hansı narkotik maddənin olub-olmaması ilə bağlı bir söz deyə bilmirəm".
Sonra Emil Əliyev ifadə verdi. Onun sözlərinə görə, polis əməkdaşları narkotik vasitəni onun cibinə zorla qoyublar. Qarinseva Leylaya gəldikdə isə onunla yaxın sevgi münasibətim olub. İlk dəfə narkotik vasitəni Şahin adlı şəxsdən almaq istədim, ancaq baha dediyi üçün ala bilmədim. 2-ci dəfə 50 manata razılaşdıq, narkotik qoyduğu yeri göndərdi mənə. Məndə ora Qarinseva Leylanın göndərdim ora".
Məhkəmə prosesi aprel ayının 4-ə kimi təxirə salındı.
Azər İsrafilov