Venesuelanın baş prokuroru Tarek Uilyam Saab prezident Nikolas Maduroya qarşı sui-qəsddə iştirakda şübhəli bilinən 19 nəfərin saxlanıldığını açıqlayıb.

"Unikal" xəbər verir ki, o, bu barədə mətbuat konfransında danışıb. 

Onun sözlərinə görə, 19 nəfərlə bağlı məhkəmə prosesi davam edir, 15 nəfər haqqında həbs qərarı çıxarılıb. 

"Brazelete Blanco" (Ağ qolbaq) əməliyyatı çərçivəsində prezident Maduroya və yüksək vəzifəli şəxslərə qarşı sui-qəsd cəhdinin olduğunu vurğulayan Saab, ölkənin aparıcı hüquq müdafiəçisi Rocio San Miguel və 4 ailə üzvünün nəzarətə alındığını qeyd edib. 

Gülayə Mecid