İsrail ordusunun Livanın cənubundakı Nəbatiyə şəhərində 3 mərtəbəli binaya pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusunun həyata keçirdiyi hücumda eyni ailədən 8 nəfərin öldüyü bildirilib.
Qeyd olunub ki, Hüseyn Bercavi, həyat yoldaşı Emel Mahmud, qızları Emeni Bercavi və Zeynep Bercavi, 2 yaşlı nəvələri Mahmud Əmir və Hüseyn Əli Əmir, Hüseyn Bercavinin bacısı Fatimə Bercavi və qardaşı oğlu Qədir Abbas Tarhininin cəsədləri dağıntılar altından çıxarılıb.
Xatrıladaq ki, İsrail ordusunun 8 oktyabr 2023-cü il tarixindən etibarən Livana hücumları nəticəsində həlak olan mülki vətəndaşların sayı 42-yə çatıb.
Gülayə Mecid