2024-cü il Cənubi Qafqaz üçün kritik il olacaq. 

"Unikal" xəbər verir ki, bu barədə Cənubi Qafqazın problemləri ilə məşğul olan britaniyalı ekspert Tomas de Vaal "Karnegi" Fondunun saytında dərc olunan məqaləsində yazıb. 

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan məsələsi yenidən gündəmə gəlir: "Otuz illik münaqişədən sonra iki ölkə arasında münasibətləri tənzimləyəcək ikitərəfli sülh sazişi üzrə danışıqlar davam edir, lakin Ermənistanın cənubunda, tarixən Zəngəzur kimi tanınan Sünik bölgəsində hələ də zorakılıq təhlükəsi var. Bu, Azərbaycana yaxın ərazidir". 

Ekspert bildirib ki, Ermənistan-Rusiya münasibətləri tənəzzül prosesindədir və Aİ Ermənistanla əlaqələrini gücləndirir. 

Tomas de Vaalın sözlərinə görə, Azərbaycanın əsas hissəsini Türkiyə ilə həmsərhəd olan Naxçıvana birləşdirəcək 43 kilometrlik qapalı dəhliz və ya Ermənistan ərazisindən keçən tranzit marşrutunun yenidən açılması Ermənistanla Azərbaycan arasında problem olaraq qalır: "Azərbaycan öz ərazisinin iki hissəsinin mümkün qədər az erməni nəzarətində olacaq marşrutlar vasitəsilə birləşməsində maraqlıdır. Ermənistan strateji əhəmiyyət kəsb edən cənub sərhəd zonasında suverenlikdən və ya təhlükəsizlikdən əl çəkmək istəmir. 

bne IntelliNews - Turkey and Azerbaijan would settle for land corridor  running via Iran rather than Armenia claims Erdogan

Yanvarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov yenidən israr etdi ki, sazişin bu bəndi yerinə yetirilməlidir. Ermənistan tərəfi də öz növbəsində Rusiyanın təsirindən, o cümlədən Sovet İttifaqı dağılandan sonra orada yerləşdirilən sərhədçilərdən xilas olmağa çalışır. Rusların Azərbaycanın istəyi ilə qalması böyük strateji zərbə olacaq. Ermənistanda ehtimal belədir ki, burada Bakı ilə Moskva arasında Ankaranın sakitcə razılaşdığı sövdələşmə var. Ruslar üçün tranzit marşrutuna nəzarət böyük uğur olardı. Onilliklər ərzində ilk dəfə olaraq Rusiya və İranı birləşdirən dəmir yolunun bir hissəsinə və Fars körfəzinə gedən marşrutlara rəsmi olaraq nəzarət onlara veriləcək. Bu, Rusiyanın Yaxın Şərqlə əlaqələrini bərpa etməsi üçün böyük şimal-cənub dəmir yolu marşrutu olacaq". 

Ekspert onu da deyib ki, Azərbaycan Ermənistanın cənubunda istədiyini almayana qədər heç bir sülh sazişi imzalanmayacaq: "Yəni 2024-cü ildə Ermənistan çox güman ki, həm Bakıdan, həm də Moskvadan müxtəlif üsullarla Zəngəzur dəhlizi layihəsinə qoşulmaq üçün böyük təzyiqlərə məruz qalacaq ki, bu da nə İrəvan, nə də Qərb dövlətləri tərəfindən rahatdır". 

Ağarza Elçinoğlu