Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Volodimir Zelenski ikitərəfli saziş imzalayacaqlar.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Makron və Zelenski fevralın 16-da Yelisey sarayında iki ölkə arasında təhlükəsizlik haqqında sazişə imza atacaqlar. 

Müqavilə 2023-cü ildə NATO-nun iyulda Vilnüsdə keçirilən sammiti zamanı G7 formatı çərçivəsində götürülmüş öhdəliklərdən irəli gəlir. 

Ağarza Elçinoğlu