Müasir dünyada suveren ölkələrin işlərinə kənardan müdaxilə cəhdləri adi hala çevrilib.

"Unikal" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. 

"Mən başa düşdüyüm kimi, suveren dövlətlərin işlərinə kənar müdaxilə cəhdlərinə qarşı mübarizənin forma və üsullarına da xüsusi diqqət yetirilib - bu, təəssüf ki, müasir dünyada adi hadisədir", - Medvedev bildirib.

O, həmçinin, bildirib ki, Fransa prezidenti Emmanuel Makron Kiyevdə ona qarşı planlaşdırıldığı iddia edilən sui-qəsddən qorxur və buna görə də Ukraynaya getmir.

Gülayə Mecid