Bütün Nərimanov və ətraf ərazilərdə yaşayanların nəzərinə: Ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən biri olan “Kontakt” Nərimanovda nəhəng və unikal mağazasını yeni ünvanda təqdim edəcək. 

"Unikal" xəbər verir ki, yeni mağaza Nərimanovdakı digər “Kontakt” mağazasının çox yaxınında, Metropark” t/m-lə üzbəüz yerləşir və rəsmi açılışı növbəti aya planlaşdırılır.

2 mərtəbəli, 3000 m2-lik çox geniş sahəyə və unikal interyerə malik mağazadan hər kəs rəqəmsal, kiçik və böyük məişət texnikasının, nəqliyyat, ev tekstili, qab-qacaqların, o cümlədən mebellərin 30 000-dən çox çeşidini əldə etməklə bərabər, alış-veriş prosesinin komfortundan faydalana biləcək. Çünki burada ziyarətçilərin rahatlığı üçün müxtəlif Brend Zonaları, Qəhvə Zonası, növbə gözləyərkən daha səmərəli vaxt keçirə bilməyiniz üçün isə kassa bölməsində ödənişsiz “Wi-fi” Zonası olacaq.

Bundan başqa, müştərilər mağazada alış-veriş edərkən övladları onlar üçün ayrılmış Uşaq Zonasında əylənərək vaxt keçirə biləcək. Bir sözlə, “Kontakt”ın yeni Nərimanov mağazası uşaqdan-böyüyə hamının ürəyini fəth edəcək.

Odur ki, rəsmi açılış tarixini qaçırmamaq və “Kontakt”ın digər yeniliklərdən xəbərdar olmaq üçün şəbəkənin rəsmi sosial media hesablarını izləməyinizi tövsiyə edirik.