Hazırda bir çox insan uzun müddət davam edən boğaz ağrısından əziyyət çəkir. Qulaq Burun Boğaz mütəxəssisləri deyir ki, bu xroniki vəziyyət sadəcə müvəqqəti bir narahatlıq kimi qəbul edilməməlidir, əksinə ciddi sağlamlıq probleminin də əlaməti ola bilər. 

“Unikal” xəbər verir ki, mütəxəssislər uzun müddət davam edən boğaz ağrılarının nəzərə alınmalı olduğunu bildiriblər. 

“Boğaz ağrısı tez-tez soyuqdəymə, qrip və ya digər infeksiyalarla əlaqəli olsa da, bəzi hallarda uzun sürən ağrılar daha ciddi sağlamlıq problemlərinin olduğunu göstərə bilər. Davamlı boğaz ağrısı bir çox müxtəlif faktorlardan qaynaqlana bilər. İnfeksiyalar, allergiya, reflü xəstəliyi, şişlər və ya digər iltihablı vəziyyətlər bu şikayətin əsas səbəbləri arasında ola bilər.

Ona görə də boğaz ağrısı uzun müddət davam edərsə, düzgün diaqnoz qoymaq və uyğun müalicəni təyin etmək üçün mütəxəssisə müraciət etmək həyati əhəmiyyət kəsb edir”.

Zərifə Nağıyeva