Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Perinatal Mərkəzə təxliyə olunan körpə üzərində C tip ezofaqus atrezisi, fistulanın ləğvi, ezafaqusun primer anastamozu əməliyyatı icra edilib.

"Unikal" xəbər verir ki, tibb müəssisəsinin uzman həkim-cərrahı Araz Hüseynov və həkim-cərrah Elnur İsgəndərov tərəfindən  əməliyyat uğurla başa çatıb. 

Xəstə süni ventilyasiya aparatından ayrılıb. Hazırda qidalandırılması normaldır, vəziyyəti stabildir.