Aleksey Navalnı qan laxtalanmasından (tromb) vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
***15:23
Rusiya müxalifətinin əsas liderlərindən biri olan Aleksey Navalnı "Qütb canavarı" 3 saylı islah koloniyasında (İK) dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federal Penitensiar Xidmətin mətbuat xidməti məlumat yayıb.
"2024-cü il fevralın 16-da 3 saylı cəzaçəkmə müəssisəsində məhkum Navalnı A.A. gəzintidən sonra özünü pis hiss edib və dərhal huşunu itirib ", - məlumatda deyilir.
47 yaşlı siyasətçinin dəqiq səbəbləri müəyyənləşdirilir.
Xatırladaq ki, A. Navalnı 2021-ci il yanvarın 17-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Gülayə Mecid