“Azərbaycan Hava Yolları” aviaşirkətinin Moskva (Vnukovo hava limanı)-Gəncə reysini yerinə yetirən və əlverişsiz hava şəraiti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edən təyyarəsi saat 17:19-da Gəncəyə yola düşüb.

Bu barədə "Unikal"a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib. 

***16:04

“Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-5829 nömrəli Moskva (Vnukovo hava limanı)-Gəncə reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.

Bu barədə "Unikal"a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib. 

Buna səbəb Gəncə hava limanı ətrafındakı əlverişsiz hava şəraiti (duman) olub.

Təyyarə yerli vaxtla saat 15:47-də Bakı hava limanına uğurla eniş edib.