Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 16 fevral 2024-cü il tarixdə  Bakı şəhəri, Suraxanı rayonu, 1-ci mədən ərazisində yerləşən Fərrux Mehdiyev adına Qaralar kənd tam orta məktəbində keçirilib.

"Unikal" xəbər verir ki, qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edib.                      

Qəbulda sakinlər tərəfindən qaldırılan 17 məsələdən 4-ü yerində həll olunmuş, digərləri isə görülən işlərə görə minnətdarlıq bildirmişdir. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. 

Qəbuldan razı qaldıqlarını bildirən sakinlər 7 fevral Prezident seçkilərində qazanılmış uğurlara ğörə təbriklərini çatdırdılar həmçinin, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.