Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzza zolağının şimalında İsrail tərəfindən zorla ac və susuz qalan fələstinlilərin aclığın astanasında olduğunu açıqlayıb.

"Unikal" xəbər verir ki, UNRWA-nın "X" sosial media hesabında İsrailin təxminən 2,3 milyon fələstinlinin yaşadığı Qəzzaya hücumları ilə bağlı paylaşım edilib.

Açıqlamada İsrailin Qəzzanın cənubundakı Xan Yunus və ətrafına intensiv hücumlarının davam etdiyi, minlərlə insanın hücumlardan qaçmağa çalışdığı Rəfahdakı intensiv hava bombardmanının oradakı insanların da qaçmağa məcbur olduğu bildirilib.  

Həmçinin, Qəzzanın şimalındakı insanların aclıq astanasında olduğu və sığınacaq yerin olmadığı vurğulanıb.