Alimlər müəyyən ediblər ki, COVID-19 insan beynini 20 ilə qədər qısaldır. Bəzi xəstələr üçün infeksiyanın nəticələri ciddi travmatik beyin zədələrinə səbəb olur.

"Unikal" xəbər verir ki, bu barədə araşdırma "News-Medical" jurnalında dərc olunub.

Hələ pandemiyanın ilk illərində həkimlər diqqəti “beyin dumanı”na cəlb ediblər: yorğunluq, yaddaş və konsentrasiya ilə bağlı problemlər toplusu. Aparılan araşdırmaya görə, COVİD-dən əziyyət çəkən xəstələrin 46%-i bu problemdən şikayətlənir. Liverpul Universitetinin İnfeksion Neyrobiologiya Laboratoriyasının alimləri bir il əvvəl koronavirusdan sağalmış xəstələr üzərində araşdırma aparıb.

Araşdımalar nəticəsində məlum olub ki, diqqətlə əlaqəli beynin bəzi sahələrinin həcmi bu xəstəliyi keçirənlərdə azalıb və bir sıra biomarkerlər hətta travmatik beyin zədəsini də müşahidə ediblər. Coviddən əziyyət çəkən xəstələrin beyninin 20 yaş yaşlandığı da müəyyən edilib.

Zərifə Nağıyeva