Mütəxəssislər sağlam qidalanma və idman vərdişləri ilə zərərli kimyəvi maddələrin orqanizmdə xərçəngə səbəb olan təsirlərinin qarşısının alına biləcəyini qeyd ediblər. Onlar bildirir ki, mümkün olduğunca təbii, təzə və mövsümi qidalanma, tərkibində qatqı olan qidalardan uzaq durmaq , ağ çörək əvəzinə tam buğdalı qəhvəyi çörək, turşu və qazlı içkilərindən imtina etmək  xərçəng riskini azalda bilər.

“Unikal” xərçəng riskini azaltmağın yollarını təqdim edir:

Bundan əlavə, siqaret çəkməmək və tüstüsüz mühitdə yaşamaq, pestisid və kimyəvi maddələrə az məruz qalmaq, radiasiyadan qorunmaq, gündəlik enerjidən yağ nisbətini 30 faizin altında saxlamaq, bol miqdarda təzə tərəvəz və meyvə istehlak etmək və liflə zəngin pəhriz yemək. xərçəng riskini azaltmağa kömək edir.

Xərçəngin qarşısını bunlarla alın:

Fiziki və ruhi sağlamlıq üçün sağlam və balanslı bəslənmənin, həmçinin nizamlı idmanın çox vacib olduğunu vurğulayan mütəxəssislər xərçəng riskini azaltmaq üçün 7 qidalanma tövsiyə edir:

- Kafi və balanslı qidalanma təmin edilməli, bütün qida qruplarından olan qidalardan ibarət balanslaşdırılmış menyular hazırlanmalıdır.
- Gündə ən az 5 porsiya tərəvəz və ya meyvə istehlak edilməlidir. Ən azı 2 porsiya yaşıl yarpaqlı tərəvəzlər və ya portağal və limon kimi sitrus meyvələri olmalıdır.
- Emal olunmuş taxıl və saf şəkər əvəzinə tam taxıllı dənli bitkilərə üstünlük verilməlidir.
- Qırmızı ətin, xüsusilə çox yağlı və işlənmiş ətin istehlakı məhdudlaşdırılmalıdır. Qırmızı ətin yerinə balıq, toyuq və paxlalılara üstünlük verilməlidir.
- Yağ qəbulunu azaltmaq üçün yeməklər daha az yağla bişirilməli, ət yeməkləri yağ əlavə edilmədən öz yağında bişirilməli, qızartma, qovurma kimi bişirmə üsulları yerinə qaynama, qril və bişirmə üsullarına üstünlük verilməlidir.
- Xərçəngə qarşı tək növ qidalanmadan çəkinmək lazımdır. Həddindən artıq istehlak, istər təbii, istərsə də işlənmiş qida, həmişə zərər verir.
- Bir çox xəstəliklərin və xərçəngin səbəbi artıq kaloridir. Bu səbəbdən tərəvəz və meyvələr istehlak edilməli, gündəlik 25-30 dəqiqə gəzintiyə çıxılmalı, siqaretdən uzaq durmalı və bədən kütlə indeksinin normal standartlarda, yəni 18-25 arasında olmasına diqqət yetirilməlidir.

Zərifə Nağıyeva