"Bələdiyyələr yarananda biz nə qədər eyforiyanın içərisində idik".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Nizami Cəfərov deyib.

 

Onun sözlərinə görə, buna səbəb o idi ki, bələdiyyə hakimiyyəti öz yerini tutandan sonra regionlarda xalqın əhval-ruhiyyəsi qaydasına düşəcək: “Ümidlər də həddindən artıq çox idi. İllik məruzədə bələdiyyənin fəaliyyətindəki peşəkarlıq olduğu bildirilsə də, bununla yanaşı əvvəlki ümidlər və inam azalıb. Bilirəm ki, eyforiya inamın başqa formasıdır, amma ağıllı inam tamam ayrıdır. Gərək eyforiyadan sonra bir az ümidlər azalsın. Bununla yanaşı daha heçə də enməsin".

Anar Kəlbiyev