"Bələdiyyələrin 95 %-nin elektron xəritəsi artıq hazırdır. Hazırlanmaq hələ işin bitməsi demək deyil".

"Unikal" xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisdə Regional məsələlər komitəsinin iclasında çıxışı zamanı deyib. 

Nazir müavini bildirib ki, dekabr ayında təqdim edilən son məlumata əsasən artıq 1323 bələdiyyənin elektron xəritəsi hazırdır, 37-si isə hazırlanaraq razılaşmaya təqdim edilib.

Onun sözlərinə görə, bununla bağlı İqtisadiyyat Nazirliyinə müraciət edilib və işlər yekunlaşmaq üzrədir: “Əsas məsələ xəritələrin razılaşdırılması prosesidir. Hələ başa çatmamış müəyyən işlər var. Bu sahədə aidiyyəti qurumlarla mütəmadi görüşlər keçirilir. İşlər yekunlaşdırma mərhələsindədir”.

Anar Kəlbiyev