"Azərbaycanda 4204 qəbiristanlıq var ki, bunun da 3268-i bələdiyyələrə təhvil verilib".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.

Nazir müavini bildirib ki, 900-dən artıq qəbiristanlıq isə hələ təhvil verilməyib: “Bunun da təxminən bir neçə səbəbləri var. Əsas səbəb də xəritələrin tam dədqiq olmamasıdır. Bundan başqa, orada əmlakların bəzilərinin mülkiyyət sənədləri yoxdur. Bu günə kimi də alınmayıb. Xüsusilə kənd yerlərində belə qəbiristanlıqlar ümumi istifadədə olub, bunun da nə qeydiyyatı, nə də baxan olub. Ona görə də belə çətinliklər var. Tək-tük rayon icra hakimiyyətləri var ki, orada komissiyalar  yaradılsa da, təhvil-təslim işləri bir az dayanıb. Bu işlər diqqətdə və nəzarətdədir”.

Anar Kəlbiyev