“CASAMİA” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) Gömrük Qaydaları Əleyhinə Olan Inzibati Xəta törətdiyi üçün cərimə protokolu tərtib olunub.

“Unikal”ın məlumatına görə, “CASAMİA” MMC-ə İnzibati Xətalar Məcəlləsi  485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə cərimə tətbiq edilib. Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoyun sədrliyi ilə keçirilən məhkəmə prosesində şirkət 1500 manat cərimə oluna bilər. 

Qeyd edək ki, “CASAMİA” MMC 17 avqust 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Hüseynov Cavid Mosu oğludur. Cavid Hüseynov tanınmış iş adamıdır. Onun rəhbərlik etdiyi şirkət də Azərbaycanda kifayət qədər populyardır. Hətta ölkə hüdudlarından kənarda da tanınır.

Azər İsrafilov