Rusiya prezidenti seçkiləri günü Azərbaycanda bir seçki məntəqəsi fəaliyyət göstərəcək. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

"Azərbaycan Respublikası ərazisində yaşayan və ya müvəqqəti olan Rusiya Federasiyası vətəndaşlarının Rusiya Prezidenti seçkilərində iştirak etmək hüququnu təmin etmək məqsədilə 8017 saylı seçki məntəqəsi yaradılıb", - deyə məlumatda bildirilir. 

Qeyd olunub ki, səsvermə diplomatik nümayəndəliyin konsulluq şöbəsinin binasında təşkil olunacaq.

Səsvermə martın 17-də yerli vaxtla saat 08:00-dan 20:00-dək (Moskva vaxtı ilə 07:00-dan 19:00-dək) ​​keçiriləcək. Səfirlikdən bildirilib ki, etibarlı xarici və ya daxili pasport təqdim etməklə seçkidə iştirak etmık olar. 

Federasiya Şurası Rusiyada prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart.

Ağarza Elçinoğlu