Ölkə ərazisinin meşə fondu torpaqlarında ötən həftə ağacəkmə və meşəbərpa tədbirləri davam edib, yerli torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli ağac tingləri əkilib, toxumlar səpilib. 

Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov "Unikal"a bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə həftə ərzində Göygöl, Samux, Qazax, Ağstafa, Tovuz, Sabirabad, Ağcabədi, Saatlı, Qobustan, Şabran, Siyəzən, Xaçmaz, İsmayıllı, Şəki, Zaqatala, Balakən, Qəbələ, Ağdaş, İmişli, Masallı, Lənkəran, Lerik və Astara rayonlarının meşə fondu torpaqlarında 139 385 ədəd müxtəlif cinsli ağac tingi əkilib, 2230 kq toxum səpilib.