"Son dövrlər baş verən hadisələr, məhz dünənki hadisə də birbaşa psixologiyaya təsir edir. Yeniyetmə qızların öz həmyaşıdlarına qarşı bu cür hərəkət etməsi düzgün deyil. Amerikalı alimin sözləri ilə desək “Yeniyetmədən nə ağıl, nə də tərbiyə gözləmə”".  

Bunu "Unikal"a açıqlamasında psixoloq Aytən Ələkbərova deyib. 

Onun  sözlərinə görə, yeniyetməlik dövründə şəxsiyyətin kollektivdəki mövqeyi eyni zamanda ictimai münasibətlər sistemmidə tutduğu vəziyyətdən asılıdır.

"Bir yeniyetmə kiçik yaşlı uşaqdan böyük uşağa çevrilir. Və bu böyük uşağa çevrildikdə o, illər əvvəl gördüyü,  eşitdiyi həyat tərzinə uyğun olaraq formalaşır. Məsələn, bəzi filmlər vardır ki, orada yeniyetmələrin həyatına xüsusilə toxunulub. Və bunu izləyən azyaşlı uşaqların, Ali məktəblərə qəbul olduqdan sonra kiməsə görə dəyişməsi, davranış tərzi, atdığı addımlar, kollektiv sürətdə birləşib kimisə gözdən salmaq və s. Ötən gün gördüyümüz davranışlar, bir anlıq olaraq bu günün yox, illər əvvəl balaca olarkən baxdıqları gördükləri hərəkətlərdir. Bu gün yeniyetmələrdə bəzən yaşlılıq hissinə meyillinin formalaşması da baş verir.  Və bu, təbii bir haldır. Yeniyetmənin eyforiya halına düşməsindən irəli gəlir. Yeniyetməlik dövründə şəxsiyyətin strukturuna nəzərəçarpan əsaslı dəyişikliklər və bu əsaslı dəyişikliklər də uşağın özünü dərk etməsi inkişafında özünü göstərə bilir. Biz bunu hər ailədə, hər yeniyetmədə görə bilmərik.

Sosial şəbəkələrə qədər  bizim yeniyetmələrdə bir məktəbin cəmi bir oğlanında, bir qızında davranış pozuntusu olardı.  Amma bu gün baş verən davranış pozuntuları artıq kütləvi hala çevrilib. Və bu kütləvi halların olma səbəbi “TikTok” platformasında bəzi insanların bizə ağıl verməsindən irəli gəlir. Və yaxud  bir-iki ay kurs keçmiş  "psixoloq"ların "Bu sənin həyatındır", deməsindən qaynaqlanır. Öz həyatını yaşa deyərkən biz şüurlu, sağlam ictimai fəaliyyətindən söhbət edirik. Sağlam qidalanmaq, idmanla məşğul olmaq, dərslərinə adaptasiya olmaq və b. Bir yeniyemənin üzərinə düşən öhdəliklər bunlardır. Daşıya bilməyəcəyin yükü yeniyetmənin üzərinə atmaq lazım deyil. Öz arzusunu yerinə yetirməyən valideyn: Məsələn erkən nikah, təhsil almamış insanlar öz istəklərini yeniyetmələr üzərindən həyata keçirir". 

Gülayə Mecid