London Kraliça Meri Universitetinin alimləri müəyyən ediblər ki, əsəbi və narahat insanlarda ürək xəstəlikləri daha çox rast gəlinir. Xüsusilə, bu xarakter əlamətləri mədəcik funksiyasının pisləşməsi, arterial sərtliyin artması və miokard fibrozu ilə əlaqələndirilib.

“Unikal” xəbər verir ki, alimlər psixi sağlamlıq və miokard funksiyası arasındakı əlaqəni öyrənmək üçün 36 309 könüllünün ürəyinin rentgen şəkillərini təhlil edib. Həmçinin, xüsusi şəxsiyyət sorğularından istifadə edərək, tədqiqatçılar hər bir insana xas olan xarakter xüsusiyyətlərini müəyyən ediblər.

Məlum olub ki, nevrotiklik (narahatlıq, həyəcan, əsəbilik və özünə şübhə ilə xarakterizə olunan şəxsiyyət xüsusiyyəti) ilə xarakterizə olunan ürək xəstəliklərinin inkişafına meyllidirlər. Bu keyfiyyətlər arterial sərtliyin artması ilə də əlaqələndirilir. Siqaret və piylənmə kimi ürək problemləri üçün ənənəvi risk faktorlarından asılı olmayaraq əlaqənin qaldığı qeyd edilir.

Alimlər izah ediblər ki, onların kəşfi psixi və fiziki sağlamlığın qarşılıqlı təsirini müəyyənləşdirir. Onlar psixoterapiyanın ürək xəstəliyi riskini azaltmağa kömək edə biləcəyini qeyd ediblər.

Zərifə Nağıyeva