İranın neft naziri Cavad Oudji fevralın 14-də magistral qaz kəmərində baş verən partlayışda İsraili günahlandırıb.

"Unikal" xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Onun sözlərinə görə, mütəxəssislər operativ şəkildə zədələnmiş hissənin bərpası üçün işlərə başlayıb və qaz kəməri hazırda tam işlək vəziyyətdədir.

"Bu sui-qəsd uğursuz və borunun bir neçə qolunu zədələyən qəsbkar İsrailin işi idi, indi bu hiylənin üstü açılıb", - deyə siyasətçi bildirib. O, hadisə nəticəsində ölkənin məskunlaşdığı ərazilərə ziyan dəyməməsini xoşbəxt təsadüf adlandırıb.