Prezident İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
"Unikal" xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 974-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I) 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.26-cı bənddə “və 320.6-cı” sözləri “, 320.6, 322.0.11–322.0.14, 324.1, 324.3, 324.5, 324.6, 324.8, 324.10, 324-1, 324-2 və 326-2-ci” sözləri ilə əvəz edilsin;
1.2. 5.27-2-ci bənddə “və 322.0.10-cu” sözləri “, 322.0.10, 324.2, 324.4, 324.7, 324.9 və 324-3-cü” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1-ci və 2.2-ci bəndlərə “322.0.10,” rəqəmlərindən sonra “324.2, 324.4, 324.7, 324.9, 324-3,” rəqəmləri əlavə edilsin;
2.2. 2.4-cü bənddə “322.0.10-cu” sözləri “322.0.10, 324.2, 324.4, 324.7, 324.9, 324-3-cü” sözləri ilə əvəz edilsin.