Xocalının Malıbəyli kəndindən 2-3 km aralıda azərbaycanlı əsirlərin saxlanıldığı tikili aşkarlanıb.

"Unikal" xəbər verir ki, bununla bağlı görüntülər Azərbaycan Dövlət Televiziyasında (AzTV) yayımlanıb.

Bildirilir ki, vaxtilə dəyirman kimi istifadə olunan tikilinin yardımçı binasında Birinci Qarabağ müharibəsi dövründə əsir götürülən azərbaycanlılar saxlanılıb və işgəncələrə məruz qalıblar. Təxminən 10-12 metr uzunluğu olan otağın içərisi və pəncərələri dəmir barmaqlıqlarla bərkidilib.