Ağstafa RİH başçısı Seymur Orucov Dağ Kəsəmən kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib. 

"Unikal" xəbər verir ki, müvafiq qrafikə uyğun olaraq Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəb binasında təşkil olunan səyyar qəbulda RİH başçısı aparatının məsul şəxsləri, aidiyyəti üzrə təşkilatların nümayəndələri, kənd sakinləri iştirak ediblər.

RİH başçısı Prezident İlham Əliyevin müvafiq tövsiyə və tapşırıqlarına uyğun olaraq respublikanın hər yerində, o cümlədən Ağstafa rayonunda mütəmadi qaydada təşkil olunan vətəndaş qəbullarının əhəmiyyətindən söz açaraq bildirib ki, bu cür görüşlər əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir. Başlıca məqsəd yerlərdə əhalini narahat edən məsələləri ətraflı araşdırmaqla operativ həllinə nail olmaq, vətəndaş məmnunluğunu artırmaqdan  ibarətdir. 

Vətəndaşlar onları maraqlandıran məsələlərlə bağlı öz müraciət və təkliflərini səsləndiriblər. Hər bir məsələ nəzarətə götürülərək həlli ilə bağlı ətraflı müzakirələr aparılıb, aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında tapşırıqlar verilib.