Sakit okeanda, Çili sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentri təxminən 3,3 min nəfər əhalisi olan Anqa Roa şəhərindən 896 kilometr cənubda olub.

Sunami təhlükəsi elan olunmayıb.