Türkiyənin Diyarbakır şəhərində "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkətinə məxsus neft quyusunda partlayış olub.
"Unikal" Türkiyə KİV-nə istinadən xəbər verir ki, partlayış nəticəsində İnsan Tunar adlı işçi həlak olub, daha bir işçi yaralanıb.
Qazma işləri zamanı qazın tıxanması nəticəsində yaranan partlayışdan sonra yanğın baş verib.