"Türkiyə xarici siyasətdə Avropadan yaxşı nəticələr əldə etməyə çalışmaqla deyil, regional güc olmaqdan daha çox qlobal güc olmaq yolunda möhkəm addımlar atır. Biz Liviyada və Qarabağdayıq".

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib ərdoğan deyib. O,bildirib ki, Türkiyə qardaşları ilə əl-ələ, çiyin-çiyinə dayanır.

"Xarici siyasətdə artan nüfuzumuzun arxasında güclü müdafiə sənayesi dayanır. Müdafiə sənayesində xarici asılılığımız azaldıqca, xarici siyasətdə effektivliyimiz artdı. Biz vəzifəyə gələndə 80 faiz başqalarından asılı idik. Xarici siyasətdə biz Avropadan “yaxşı iş” almağa çalışan deyil, bütün dünyada düzgün və ağıllı mövqeyi ilə təqdir olunan bir ölkəyik"- deyə ölkə başçısı bildirib.