Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

"Unikal" xəbər verir ki, bununla bağlı N.Kurtulmuş paylaşım edib:

“1992-ci il fevralın 26-da Xocalıda ermənilər tərəfindən qətlə yetirilən uşaq, yaşlı və qadın, bütün qardaş və bacılarımızın xatirəsini rəhmətlə yad edir, Azərbaycan xalqının dərdini ürəkdən bölüşürəm. Azərbaycanlı qardaşlarımızı hər zaman xeyirlə xatırlayacağıq”.