ABŞ-nin Missuri ştatının sakini sığorta ödənişi almaq üçün öz ayaqlarını kəsib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, iflic xəstəliyindən əziyyət çəkən 60 yaşlı kişi 2023-cü ilin noyabrında traktora qoşulmuş otbiçən maşınla qəzaya düşməsi nəticəsində hər iki ayağını itirməsi barədə sənəd hazırlayıb. Lakin kişi sığorta ödənişləri üçün müraciət etdikdən sonra ekspertlər onun "qəzasında" bir neçə uyğunsuzluq aşkar ediblər.

Bildirilir ki, amerikalı sənədlərdə kəsilmiş ayaqları ilə bağlı ətraflı məlumatlar göstərməyib. Bununla yanaşı, onun ayaq yaraları çox hamar və təmiz görünüb ki, bu da belə zədələr üçün xarakterik deyil.

Beləliklə, polislər müəyyən ediblər ki, yaşlı kişinin ayaqları sadəcə balta ilə kəsilib. O, bununla da sığortadan pul almaq istəyib.