Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 1-də Türkiyəyə işgüzar səfərə gedəcək.

"Unikal" xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Ani Badalyan məlumat verib.

Bildirib ki, nazir Antalyadakı növbəti diplomatik forumda iştirak edəcək.

Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri artıq 2022 və 2023-cü illərdə bu forumda iştirak edib.