Maqnit qasırğaları immuniteti zəif olan insanlara təsir edir.

"Unikal" xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə müsahibəsində rusiyalı cərrah Aleksandr Umnov məlumat verib.

“Maqnit qasırğaları adətən təkcə astma xəstələrinə və hipertoniya xəstələrinə deyil, ümumiyyətlə immuniteti zəif olan, xroniki ürək-damar xəstəlikləri, sinir sistemi xəstəlikləri, psixi problemləri olan insanlara təsir edir. Meteohəssas olanlar üçün sedativ dərmanlar məsləhətdir, çünki təzyiq artımları mümkündür”, - deyə Umnov bildirib.