Rusiya estradasının müğənnisi Polina Qaqarina Rusiya-Serbiya yoldaşlıq görüşündə Rusiyanın dövlət himnini səsləndirməkdən imtina edib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. 

İmtinanın səbəbi martın 21-i axşam keçirilməsi planlaşdırılan korporativ tədbirdir. Qeyd olunub ki, tədbiri təxirə salmaq mümkün olmayıb. 

Əvvəlcə Polina Qaqarina Rusiyanın dövlət himnini səsləndirmək təklifini qəbul etsə də, hadisələrin birləşməsi buna imkan verməyib. 

Hələlik Rusiyanın himnini kimin ifa edəcəyi məlum deyil. Serbiyanın dövlət himnini isə məşhur pop-folk müğənnisi Aleksandra Prijović ifa edəcək.

Qeyd edək ki, martın 21-də Moskvanın "VTB Arena" stadionunda Rusiya və Serbiya komandaları arasında görüş keçiriləcək.

Samirə Sultan