Portuqaliyanın “Braqa” komandasının futbolçusu Alvaro Calonun Avropa Liqasının pley-off mərhələsinin cavab matçında Bakıda “Qarabağ”ın qapısına vurduğu qol ən yaxşı seçilib.
"Unikal" xəbər verir ki, bu barədə Braqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İspaniyalı yarımmüdafiəçinin görüşün 83-cü dəqiqəsində Andrey Lunyovun qoruduğu qapıdan keçirdiyi top “Braqa”da fevral ayının komandanın ötən ay vurduğu qolları sırasında birinci yerə layiq görülüb.
Qeyd edək ki, Portuqaliyadakı ilk oyunda “Braqa”ya 4:2 hesabı ilə qalib gələn “Qarabağ” cavab matçında 2:3 hesablı məğlubiyyətə baxmayaraq, iki görüşün nəticəsinə (6:5) əsasən, tarixində ilk dəfə Avropa Liqasında 1/8 finala yüksəlib.