Rusiya və Azərbaycanın baş nazirləri Mixail Mişustin və Əli Əsədov arasında aparılan danışıqlardan sonra Rusiya-Azərbaycan sərhədində keçid məntəqələrinin inkişafı üzrə fəaliyyət planı imzalanıb.
"Unikal" xəbər verir ki, bu sənədi Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyev və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar.
Nazirlər həmçinin Yaraq- Qazmalar (RF) - Samur (Azərbaycan) keçid məntəqələri ərazisində Samur çayı üzərində avtomobil körpüsünün istismarı və saxlanılması qaydası və ona yaxınlaşmalar haqqında hökumətlərarası saziş imzalayıblar.