Rusiyanın Trans-Baykal diyarında Valeri Zelenski adlı şəxs müharibədə iştirakdan imtina etdiyinə görə həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Bildirilir ki, Borzinski Qarnizonu Hərbi Məhkəməsinin məlumatına görə, hərbçi şifahi və yazılı şəkildə döyüş əməliyyatlarında iştirakdan imtina edib, döyüş və xüsusi tapşırıqları yerinə yetirmək üçün təlimlərə getməyib.

Buna görə məhkəmənin hökmü ilə Zelinski iki il üç ay müddətinə azadlıqdan məhrum edilib.

Seymur Əli